Külək səbəbindən bir nəfər xəsarət alıb
Küləkli hava ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.