Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, partlayış nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.