Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Cəlilabad rayonunda yol qəzası baş verib. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.