Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlandı
Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb. Day.Az xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.