Bakının bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.