İran AEBA-nın mövqeyini bəyan etməsini gözləyir
Rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İranın tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasının vurulması ilə əlaqədar öz mövqeyini bəyan etməsini gözləyir. Day.Az xəbər veir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (20 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.