Bəzi rayonlara yağış yağıb, külək güclənib
Azərbaycanda müşahidə olunan hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntı qeydə alınıb. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 09:00-a olan məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağış yağıb.