Fransa ordusunda robotlaşdırılmış “Pendragon” döyüş bölməsi sınaqdan keçirilir
Fransa Quru Qoşunları gələcəyin döyüş konsepsiyasını formalaşdırmaq məqsədilə "Pendragon" adlı robotlaşdırılmış döyüş bölməsini aktiv şəkildə sınaqdan keçirir. AZƏRTAC xəbər verir ki, Sen-Sir Koetkidan hərbi poliqonunda hazırlanan layihənin 2028-ci ildən etibarən tam əməliyyat qabiliyyətinə malik olması planlaşdırılır.