DÇ-2026: Braziliya geridönüşlə 1/8 finala yüksəlir
DÇ-2026-nın 1/16 final mərhələsindən Braziliya - Yaponiya matçı başa çatıb. Day.Az İdman.Biz-ə istinadən bildirir ki, Cənubi Amerika təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, Braziliya 1/8 finala yüksəlib və orada Kot-d'İvuar - Norveç matçının qalibi ilə rastlaşacaq. Yaponiya isə turnirdə mübarizəni dayandırıb.