Ursula fon der Lyayen Azərbaycana və Ermənistana səfər edəcək
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələn həftə Avropa İttifaqının regionla tərəfdaşlığını gücləndirmək səylərinin bir hissəsi olaraq Cənubi Qafqaza səfər edəcək. Bu barədə Avropa Komissiyasının baş sözçüsü Paula Pinho bu gün keçirilən mətbuat brifinqində bildirib.