Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Naxçıvan, Sumqayıt, Gəncə, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.