Binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar
Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.