FIFA-dan rəsmi qərar: U-15 Dünya Çempionatının ilk ev sahibi Azərbaycan olacaq
FIFA 15 yaşadək futbolçular arasında təşkil olunacaq yeni dünya çempionatının və 2026-cı il futbol festivalının Azərbaycanda keçiriləcəyini açıqlayıb. DayAz xəbər verir ki, qurumun Şura Bürosu tərəfindən qəbul edilən qərara əsasən, yarış 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.