Konqoda “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib
Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusundan ölənlərin sayı 245-ə yüksəlib. Day.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.