Qadınların yuxusu kişilərə nisbətən daha keyfiyyətli çıxır
"Sleep Advances" jurnalında dərc olunan yeni tədqiqat göstərib ki, qadınlar öz yuxularını daha pis qiymətləndirsələr də obyektiv ölçmələr əksini ortaya qoyur. Day.Az xəbər verir ki, İsveçdə 29-85 yaş arası 476 iştirakçı polisomnoqrafiya ilə bir gecə izlənilib və yuxunun keyfiyyəti elmi göstəricilərlə qiymətləndirilib.