Sertifikasiya imtahanının ilk günündə iştirak edənlərin sayı
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb. Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.