6 avtomobili talayan şəxs
Xəzər rayonu Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyalar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Rəhimov müəyyən edilərək saxlanılıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.