"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu olub
Milli Basketbol Assosiasiyasının (NBA) pley-off finalının 5-ci oyununda "Nyu-York" komandası "San Antonio" komandasını 94-90 hesabı ilə məğlub edib. Beləliklə, "Nyu-York" 1973-cü ildən bəri ilk dəfə çempionluğu qazanıb. Dörd qələbəyədək davam edən seriyada hesab "Nyu-York"un xeyrinə 4:1 olub.