Sidney çimərliyində köpəkbalığı qadına hücum edib
Sidney çimərliyində qadın üzgüçüyə köpəkbalığı hücum edib, nəticəsdə qadın ağır xəsarətlər alıb. Xarici media yazır ki, Avstraliyanın ən böyük şəhəri olan Sidneyin şərqindəki Kugi çimərliyində səhər saatlarında 35 yaşlı şəxs sahildən təxminən 30 metr (100 fut) aralıda böyük bir köpəkbalığı tərəfindən hücuma məruz qalıb.