Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. DİM-dən Day.Az-а verilən məlumata görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.