Sabah hava necə olacaq?
İyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.