PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
Bəzən uşaqların bir ideyanı necə həyəcanla paylaşdığını görmək gələcəyə daha ümidlə baxmağa kifayət edir. Bu dəfə Şəkidə keçirilən sahibkarlıq layihəsində 50-yə yaxın uşaq öz ideyaları üzərində çalışdı, komandalar qurdu və ilk təqdimatlarını etdi. Biz də PAŞA Bank olaraq bu təşəbbüsün bir parçası olduq.