Ana ölümü şəhərdə artıb, kənddə azalıb
2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1-dək artıb.