Serbiyada tramvay binaya çırpılıb
Serbiyanın paytaxtı Belqradda ağır yol qəzası baş verib. Kara Duşan küçəsində tramvay relslərdən çıxaraq Kniçaninovo küçəsinin kəsişməsində yerləşən binaya çırpılıb. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Qəza yerli vaxtda 09:30-da baş verib. Hadisə nəticəsində azı 12 nəfərin yaralandığı bildirilir.