BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib. İdarədən Day.Az-a bildirilib ki, 25-26 mayda tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində müşahidə olunacaq hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.