"Beşiktaş” “Rayo Valyekano”nun müdafiəçisini heyətinə qatmağı planlaşdırır
"Beşiktaş" "Rayo Valyekano"nun müdafiəçisi Luiz Felipe üçün hərəkətə keçib. Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər 29 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır. Felipe "Beşiktaş"ın təklifini geri çevirmək istəmir. Amma hələ ki onlara konkret cavab verməyib.