Prezident İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli Oljas Süleymenov! Sizi - müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.