Tramvay nə üçün VACİBDİR?
Bakıda tramvay xəttlərinin bərpası ilə bağlı xəbərlər daim gündəmdə öz aktuallığını qorumaqdadır. Day.Az-a açıqlamasında urbanist Anar Əliyev deyib ki, tramvayların bərpası Bakı şəhəri üçün birmənalı olaraq önəmlidir. O, qeyd edib ki, tramvay yerüstü nəqliyyatlar arasında ən çox sərnişin daşıya bilən vasitədir.