Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir. Day.Az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.