2017/2018 mövsümündə Birinci Divizionda mübarizə aparan “Binə”nin hazırda əsas komandası fəaliyyətini davam etdirmir. Qəsəbə təmsilçisi 2018-ci ildən peşəkar yarışlarda iştirak etmir. Buna baxmayaraq, klubun aşağı yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda mübarizə aparır.
“Binə”nin rəhbəri Teymur Həsənli ilə əsas komandanın fəaliyyətini dayandırması, aşağı yaş qruplarının vəziyyəti və planlar haqda söhbətləşdik:
– “Binə” klubu 1997-ci ildən fəaliyyətdədir. Heç vaxt dağılmayıb.