“Sabah”ın U-10 komandası İspaniyanın Madrid şəhərində keçirilən “Madcup” beynəlxalq turnirində iştirak edib. Azərbaycan təmsilçisi yekunda “Bürünc Liqa”da ikinci yeri tutub.
Komandanın baş məşqçisi Savalan Əlizadə “FutbolPress“ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:
“İspaniyada ən səviyyəli turnirlərdən birində mübarizə apardıq. Bəzi oyunlar da sosial şəbəkə vasitəsilə canlı yayımlanırdı. Ümumilikdə, turnirdə 807 komanda mübarizə aparırdı. Həm qızlar, həm də oğlanlar arasında yarışlar oldu.