Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib
Ağcabədi rayonunun Minaxorlu kəndində tarixi binada yanğın hadisəsi qeydə alınıb. Day.Az Trend-ə istinadən bildirir ki, yanğın Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən, hazırda istifadə olunmayan köhnə məktəb binasında baş verib. Məlumata əsasən, bir əsrdən artıq yaşı olan bina vaxtilə bəy evi olub.