Bakıda çayxanada ata və oğlu bıçaqlandı
Bakıda kafedə kütləvi dava olub. Day.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.