Yüksək təzyiqin gizli səbəbi:
Alimlər yüksək arterial təzyiqin səbəblərindən biri olan ilkin aldosteronizmin aşkarlanmasını asanlaşdıran yeni üsul hazırlayıblar. Day.Az xəbər verir ki, araşdırmaya görə, bu hormonal pozuntu yüksək təzyiqdən əziyyət çəkən hər beş nəfərdən birində rast gəlinə bilər və ürək-damar xəstəlikləri, insult və diabet riskini artıra bilər.