İraqda elektrik stansiyasında yanğın:
İraqın cənubunda yerləşən Əl-Hartha elektrik stansiyasında baş verən güclü yanğın nəticəsində 4 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin sayının artacağı istisna edilmir. AZƏRTAC xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.