Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib
Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb.