Gəncədə fərdi yaşayış evində yanğın oldu
Gəncədə fərdi yaşayış evində yanğın baş verib, bir nəfər tüstüdən zəhərlənib. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan evin 15 kvadratmetrlik mətbəxində yanğın başlayıb.