Cüdoçumuz dünya çempionatını bürünc medalla başa vurub
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Məhəmməd Musayev bürünc medal qazanıb. Cüdo Federasiyasından verilən məlumata görə, -66 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb.