Türkiyədə 3,9 maqnitudalı zəlzələ baş verib
Mərmərə dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Bursanın Mudanya rayonu sahillərində, Gemlik körfəzində yerləşib. Yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilir.