Nəzarətsiz qəbul edilən qida əlavələri qaraciyərə ciddi zərər vura bilər
Bioloji fəallığa malik qida əlavələrinin həkim məsləhəti olmadan və nəzarətsiz qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır. Day.Az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşuxun sözlərinə görə, xüsusilə tərkibi və mənşəyi şübhəli olan əlavələr qaraciyər hüceyrələrinin zədələnməsinə səbəb ola bilər.