Naxçıvanda 3 maşın toqquşub,
Naxçıvanda zəncirvari qəza olub. APA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Zəncirvari qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Razim Məmmədov xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.