Şəhərin mərkəzində yola çıxan inək sürücülərə çətin anlar yaşatdı
Paytaxtın əsas prospektlərindən birində sürücülər qeyri-adi mənzərə ilə qarşılaşıblar. Day.Az "Avtosfer"ə istinadən xəbər verir ki, yolun hərəkət hissəsində qaçan inək avtomobillərin hərəkətinə mane olub. Bildirilib ki, görüntülər Tbilisi prospektində, "20 Yanvar" metro stansiyası istiqamətində qeydə alınıb.