SOCAR və "KazMunayGas" neft daşımalarının artırılmasını müzakirə edib
SOCAR və "KazMunayGas" Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasını genişləndirməyi müzakirə edib. Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.