Noyabrda 11 gün iş olmayacaq
Noyabr ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb. Day.Az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.