Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirilib
İrandan Azərbaycana keçməyə cəhd edən və sərhədçilərə silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib. Day.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib.