Bakıda ət kombinatının ərazisində yanğın
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.