“Mixail Qusmanın hakimiyyət formulu” proqramı Azərbaycanı müxtəlif ölkələrin və liderlərin gözü ilə təqdim edəcək
Bu gün saat 22:30-da CBC telekanalında "Mixail Qusmanın hakimiyyət formulu" ("Формула власти Михаила Гусмана") proqramının premyerası olacaq. Yeni layihə müəyyən mənada 25 il ərzində efirdə yayımlanan və geniş tanınan "Hakimiyyət formulu" proqramının davamı olmaqla yanaşı, eyni zamanda yeni silsilənin başlanğıcını qoyur.