Noyabrın ilk günü hava necə olacaq?
Noyabrın 1-də Bakıda 20, bölgələrdə 23 dərəcə isti olacaq. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq.