Bananların qaralmaması üçün harada saxlanılması məsləhətdir?
Bananların uzun müddət təzə və sarı qalması üçün onları sərin, kölgəli və havalandırılan yerdə saxlamaq tövsiyə olunur. Day.Az xəbər verir ki, mütəxəssislərə görə, ideal temperatur 13-14 dərəcədir. Soyuducuda saxlanılan bananların qabığı soyuğun təsiri ilə qarala, isti mühitdə isə meyvə daha tez yetişə bilər.