BMT Təhlükəsizlik Şurası Liviyadakı missiyanın mandatını daha bir il uzadıb
BMT Təhlükəsizlik Şurası Liviyada fəaliyyət göstərən BMT Dəstək Missiyasının (UNSMIL) mandatının müddətini 2027-ci il oktyabrın 31-dək uzatmaq barədə qərar qəbul edib. Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin lehinə Şuranın 13 üzvü səs verib. Rusiya və Yunanıstan isə səsvermə zamanı bitərəf mövqe tutub.